Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron koronavirusa görə ölkə əhalisini kollektiv məsuliyyətə çağırıb

Makron koronavirusa görə ölkə əhalisini kollektiv məsuliyyətə çağırıb

Tarix: 24 Mart 2021 21:36

Virus Fransa ərazisində çox fəaldır. Mümkün qədər məsuliyyətli olmaq, təmasları azaltmalıyıq. Virusun yayılmasını cilovlamaq üçün qarşılıqlı fəaliyyət göstərməliyik. Bütün müəssisələr distan işləməyə üstünlük verməlidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron ölkənin Şimalında yerləşən Valansyen şəhərində peyvənd mərkəzinə səfəri zamanı deyib. O, sakinləri "kollektiv məsuliyyətə" səsləyib və son dərəcə diqqətli olmağa çağırıb. Ölkənin epidemiyanın üçüncü dalğası ilə üzləşdiyini deyən ölkə başçısı peyvəndləmə kampaniyasının milli prioritet olduğunu diqqətə çatdırıb. O, indiki vəziyyətdə hər bir sakinin məsuliyyət daşıdığını deyib. Qarşıdan gələn həftələrdə sanitar qaydalara daha ciddi riayət etməyin vacibliyini vurğulayıb.

Eyni zamanda, Fransa prezidenti virusun çox yayıldığı zonalarda yeni məhdudiyyət qaydalarının mümkünlüyünü də eşitdirib.

O, bu ərazidə peyvənd dozasının çatışmazlığı ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, bu ərazidə 140 min əlavə peyvənd dozasına ehtiyac var.


Etiketlər:  Makron koronavirusa görə ölkə əhalisini kollektiv məsuliyyətə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ