Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 23:22
Aprelin 1-dən Özbəkistanda karantin rejimi yenidən gücləndirilir, toyların və digər şənliklərin, həmçinin kütləvi mədəniyyət tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistan Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Bildirilir ki, toy zamanı şənlikdə karantin qaydalarına əməl etməklə 100-dən artıq adam olmamalıdır, konsertlərdə salondakı yerlərin 50 faizinə bilet satılmalıdır.
Aprelin 1-dən bir sıra ticarət müəssisələrinin fəaliyyətinə də məhdudiyyətlər tətbiq olunur.
Bildirilir ki, martın 23-nə olan məlumata görə Özbəkistanda 81 min 678 xəstə qeydə alınıb, onların 80 min 45-i sağalıb. Hazırda xəstəxanalarda 1010 xəstə müalicə edilir.