Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda PUA-larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib

Ermənistanda PUA-larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib

Tarix: 25 Mart 2021 08:24

Ermənistanda sərhədyanı bölgədən qonşu ölkələrin ərazisinin şəklini və videosunu çəkmək qadağan edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ermənistan hökuməti martın 18-də "Dövlət sərhədi haqqında" və "İnzibati qanun pozuntuları haqqında" qanunlara dəyişiklik layihəsini təsdiqləyib.

Bu qanunların dəyişdirilməsi təklifi ilə Milli Təhlükəsizlik Xidməti çıxış edib və sərhədyanı ərazilərdə video çəkilişlərinin aparılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.

Dəyişikliklərlə sərhəddə pilotsuz uçan aparatlardan (PUA) icazəsiz istifadə, foto və video çəkilişlərə görə 100 min dram (təqribən 190 dollar) cərimə nəzərdə tutulub. Bu cür çəkilişlər üçün xüsusi icazə tələb olunacaq.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin çəkilişləri məhdudlaşdırmaq planları barədə məlumatlar hələ İkinci Qarabağ müharibəsindən öncə yayılmışdı.


Etiketlər:  Ermənistanda larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ