Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocavənddə ermənilərin atıb qaçdığı “İQLA” zenit raket kompleksi tapılıb

Xocavənddə ermənilərin atıb qaçdığı “İQLA” zenit raket kompleksi tapılıb

Tarix: 25 Mart 2021 11:46

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd "İQLA" zenit raket kompleksi, 1 ədəd "MUXA" markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Xocavənddə ermənilərin atıb qaçdığı İQLA zenit raket kompleksi tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ