Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' ''Fənərbağça''nın sabiq futbolçusunu transfer edir

''Qalatasaray'' ''Fənərbağça''nın sabiq futbolçusunu transfer edir

Tarix: 25 Mart 2021 18:56

Türkiyə Super Liqasında çempionluq yarışını davam etdirən "Qalatasaray" növbəti mövsüm üçün heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, Musleranın zədədən qayıtması ilə "cim-bom"un ona əvəzləyici kimi gətirdiyi Fatih Öztürk yenidən ehtiyatda qalıb.

Lakin İstanbul təmsilçisi Musleranın da performansından narazıdır. Uruqvaylı qolkiper son olaraq, 31-ci turda "Rizespor" məğlubiyyətində xeyli səhvlə yadda qalmışdı.

"Sabah" nəşrində yer alan xəbərə görə, "Qalatasaray" "Fənərbağça"nın keçmiş qapıçısı Tarık Çetini heyətinə qatmağı planlaşdırır. 

Hazırda "Çaykur Rizespor"da forma geyinən 24 yaşlı qapıçı yayda "sarı-qırmızılar"ın sıralarına qoşula bilər.

Qeyd edək ki, Tarık Çetin 2018-2019-cu illər aralığında "Fənərbağça"da çıxış edib.


Etiketlər:  Qalatasaray Fənərbağçanın sabiq futbolçusunu transfer edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ