Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 22:34
Bakıda adam oğurluğunda təqsirli bilinən dəstənin məhkəməsi keçirilib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Osman Nəcəfov, Asif Abasov, Fərid Abdullayev, Kənan Xəlilov və Amid Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Həbs edilən şəxslərin daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub. İttihama görə, təqsirləndirilən şəxslər bir neçə nəfəri oğurlamaqda, onlara qarşı zorakılıq etməkdə, şantaj yolu ilə pul tələb etməkdə ittiham olunurlar.
Bundan başqa, dəstənin "Layt OİL" MMC-yə silahlı basqın etməsi də müəyyən olunub.
Cinayət işi üzrə Mais Nail oğlu Nəcəfov, onun qardaşı, Rüfət Nail oğlu Nəcəfov və Mais Nəcəfovun oğlu Nail Nəcəfov zərərçəkmiş qismində tanınıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu yolu ilə tələb etmə maddələri ilə ittiham irəli sürülüb.