Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi ona Meqan Foksla xəyanət edib

Sevgilisi ona Meqan Foksla xəyanət edib

Tarix: 26 Mart 2021 16:40

24 yaşlı model Sommer Rey reper sevgilisi Kolson Beykerin ona xəyanət etdiyini deyib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qız 30 yaşlı reperin 34 yaşlı aktrisa Meqan Foksla görüşdüyünü iddia edib.

O bildirib ki, Beyklə görüşdüyü ərəfədə o, Meqanla da münasibətini davam etdirib:

"Kolsonla aramızda intim münasibət olmamışdı. Ondan 3 ay gözləməsini istəmişdim. Bunu onun hisslərindən əmin olmaq üçün edirdim. Amma gördüm ki, Kolson məni çox istəmir. Öyrəndim ki, həmin ərəfədə Meqanla birlikdə imiş. Onlar birlikdə filmə çəkilirdilər. Münasibətləri də orada başlamışdı. Hər gün oteldə oturub, onun gəlməsini gözləyirdim. Meqanın ailəsi, övladları var idi.

Daha sonra klip çəkilişi oldu. Əvvəl ancaq Sommer çəkilməli idi, sonra Meqanın da yer alacağı ortaya çıxdı. Məni isə çəkiliş məkanına çağırmadılar".

Milli.Az


Etiketlər:  Sevgilisi Meqan Foksla xəyanət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ