Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marko van Basten futbolda ofsaydın ləğvini təklif edib

Marko van Basten futbolda ofsaydın ləğvini təklif edib

Tarix: 26 Mart 2021 18:02

Niderlandın canlı əfsanəsi Marko van Basten maraqlı təkliflə çıxış edib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, məşhur hücumçu ofsayd sisteminin ləğvinin tərəfdarıdır.

O, bunun futbola böyük fayda gətirəcəyini düşünür: "Hələ də ofsayd qaydaları ilə maraqlanıram, çünki bunun uğursuz olduğuna əminəm. Ən azı ofsayd vəziyyəti olmadan yoxlamaq istərdim. Çünki futbolun bu qaydasız daha yaxşı olacağını düşünürəm. Futbolun daha həyəcanlı, əyləncəli, maraqlı olmasını təmin etmək üçün çox şey edə bilərik".

Qeyd edək ki, Marko van Basten 2017-ci ildə FİFA ilə əməkdaşlıq edərkən bənzər fikir bildirmişdi.

Milli.Az


Etiketlər:  Marko van Basten futbolda ofsaydın ləğvini təklif edib


RƏYLƏR