Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 18:54
Kürdəmir və İsmayıllı rayonlarının sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Ərəbxana kənd sakini M. Şabanovun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan "TOZ-16" markalı nömrəsi silinmiş ov tüfəngi aşkarlanıb götürülüb.
Bundan başqa İsmayıllı rayonunun Qalacıq kənd sakini N. Hacıyev 1 ədəd müvafiq sənədləri olmayan "TOZ-63" markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Araşdırma aparılır.