Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 13:36
Bu həftə ərzində (22-26 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,99 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,76 dollar və ya 5,63% azdır.
Sonxeber.net bildirir ki, həftə ərzində ən yüksək göstərici (V gün) - 64,01 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 61,31 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,7 dollar və ya 4,4% azalıb.