Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 16:50
"44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinin 11 minədək hərbçisi və əməkdaşı yaralanıb".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsi mərkəzinin rəis müavini Geqam Paşikyan deyib.
Onun sözlərinə görə, onlardan 55%-i yüngül, 35%-i orta, 7%-i ağır, 2%-i isə həddindən artıq ağır yaralanıb. Hazırda 1500-dək hərbçi müalicə olunur.