Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qışdan çıxan bədən C vitamini tələb edir - Yazda bu qidaları yeyin

Qışdan çıxan bədən C vitamini tələb edir - Yazda bu qidaları yeyin

Tarix: 28 Mart 2021 20:12

İmmuniteti gücləndirən C vitamini adətən qış meyvələri olan portağal, qreyfurt, mandalin, limon kimilərin tərkibində olduğu bilinir. Amma bir çox xəstəliklərin müalicə və onlardan qorunmaqda önəmli yerə sahib olan C vitamininə yaz və yay aylarında da ehtiyac duyulur.

Milli.Az xəbər verir ki, C vitamininin orqanizmdə bir çox önəmli vəzifələri vardır. Buna görə də bu vitaminin əksikliyi bir çox orqanlara təsir edər. C vitamini immuniteti gücləndirmək və infeksiyalardan qorunmaqda olduqca faydalıdır. Onun koronavirus üzərindəki təsirləri hələ də araşdırılır. Kritik vəziyyətlərdə damar yolu ilə bu xəstələrə C vitamini vermənin faydalı olmasına dair çalışmalar mövcuddur. Bundan başqa, koronavirusa yoluxmamaq üçün insanlar gündəlik ehtiyacı qədər vitamin almalıdır.

Gündəlik ehtiyac duyulan miqdar; 20 yaşdan yuxarı kişilərdə 90 mg, qadınlarda 75 mg-dır. Hamilə qadınlarda bu 85 mg-a, süd verən analarda isə 120 mg-a qqədər yüksəlir. Uşaqlarda yaşla bağlı olaraq ortalama 50 mg vitamin C alınması faydalıdır.

Qırmızı acı və şirin bibər, yaşıl şirin bibər və cəfəri ən çox C vitamini tərkibli tərəvəzlərdir. Bunun yanında pomidor, çiyələk və qarpız C vitamini baxımından zəngindir. Amma cəfəri və bibər növlərindəki qədər deyil. Ona görə də çiyələk, pomidor, yemiş, şaftalı kimi meyvə və tərəvəzlər yeyilməlidir. /medicina.az

Milli.Az


Etiketlər:  Qışdan çıxan bədən C vitamini tələb edir Yazda bu qidaları yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ