Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 12:27
Ermənilər Cənubi Qafqaz xalqlarının parodiyasıdır.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, ermənilər gerçək Cənubi Qafqaz xalqı deyil:
"Bir xalqın tarixini, mədəniyyətini mənimsəyərək, özünə tarix yarada bilməzsən. Ermənilər musiqilərimizə, rəqslərimizə, tariximizə sahiblənməyə çalışdı. Onlar musiqimizi oğurlasalar da, özlərinin hər hansı formada yeni musiqi modelini yarada bilmədilər. Onların bizdən oğurladığı musiqilərə, rəqslərə baxsaq, yalnız parodiya görərik. Ermənilər gerçək Cənubi Qafqaz xalqı deyil. Çünki Qafqaz xalqları arasında olan münasibətlər sisteminin erməni xalqlarına aidiyyəti yoxdur. Ermənilər tamamilə yad ünsür kimi görünürlər. Şübhəsiz ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Biz torpaqlarımızı azad etməklə, həm də dağıdılmış olsa belə, abidələrimizi, musqililərimizi də azad etdik.
E. Mirzəbəyli Azərbaycanda yaşayan azsaylı xalqların beynəlxalq təşkilatlara müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib:
"Bu proses davamlı şəkildə həyata keçməlidir. Ermənistanla uzun müddətdir informasiya müstəvisində mübarizə aparırıq. Bəzən bu, hiss olunmasa da, müsbət nəticələri olur. Biz bu nəticələri 44 günlük müharibədə də gördük. Bu səbəbdən öz maraqlarımızı ifadə etməkdən çəkinməli deyilik".