Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Intel” yeni zavodlara 20 milyard dollar yatıracaq

“Intel” yeni zavodlara 20 milyard dollar yatıracaq

Tarix: 31 Mart 2021 11:12

“Intel” şirkəti ABŞ-ın Arizona ştatında iki böyük zavodun tikintisinə 20 milyard dollar investisiya qoyacaq. ABŞ şirkəti kəskin prosessor çatışmazlığı fonunda istehsalı genişləndirmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yeni müəssisələrin 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, “Intel” Avropada yeni zavodlar açaraq müqavilə əsasında fəaliyyət göstərən iri yarımkeçirici məhsullar istehsalçısı olmaq niyyətindədir. Bunun üçün korporasiya yeni “Intel Foundry Services” bölməsi yaradıb.

 

Hazırda “Intel” ABŞ-da yerləşən dörd istehsal kompleksinə malikdir. Arizonada gələcəkdə genişləndiriləcək kompleksə əlavə olaraq şirkətin Massaçusets, Nyu-Meksiko və Oreqonada zavodları fəaliyyət göstərir. Şirkət, həmçinin İrlandiya və İsraildə çiplərin istehsalı ilə məşğul olur və Çində zavoda malikdir.

 

Nizam Nuriyev




Etiketlər:  Intel yeni zavodlara milyard dollar yatıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ