Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəngli maskalarda ölümcül təhlükə - XƏBƏRDARLIQ

Rəngli maskalarda ölümcül təhlükə - XƏBƏRDARLIQ

Tarix: 31 Mart 2021 22:06

Koronavirusdan qorunmaq üçün istifadə edilən rəngli maskalar allergik reaksiyalara səbəb olur.

Sonxeber.net xəbər verir ki, aksessuar kimi taxılan rəngli və bəzəkli maskalar sağlamlığımız üçün təhlükəlidir. Mütəxəssislər rəngli maskalarda ölüm riskinin olması ilə bağlı insanlara xəbərdarlıq edir.

Türkiyəli həkim Kübra Topal bildirib ki, maska tərkibindəki kimyəvi maddələrə görə, allergiyaya səbəb ola bilər: "Qaşınma, eqzama, qızartı kimi hallara səbəb ola bilir. Amma bu problem daha da artarsa, "anafilaksi" (allergik şok) dediyimiz yəni nəfəs dayanmasına gətirib çıxarır. Bir çoxlarımız tibbi maskalardan istifadə edir, digəriləri isə N95 dediyimiz qoruyucu maskalardan. Bunun qoruyuculuğu daha çoxdur. Bir də insanların istifadə etdiyi, yuyula bilən maskalar var. Bütün bu maska növlərində allergiya yarana bilər. Əgər nəfəsdə xırıltı, nəfəsalmada çətinlik, dildə və ya boğazda şişmə, şişmə hissi, udqunmada çətinlik kimi hallar olarsa, mütləq həkimə getməlisiniz. Əgər cərrahi maskalara qarşı allergiyamız varsa, cərrahi maskanı taxmazdan əvvəl mütləq pambıq bir bezi maskanın altından taxa bilərsiniz. Yuyula bilən masklarda isə daha çox maskanın üzərində qalan yuyucu vasitə allergiyaya səbəb olur. Buna görə də maskalarımızı yuduqdan sonra yaxşıca durulamaq lazımdır. Maskalar 90 faiz bizi virusdan qoruyar. Maskanı taxmadan virusdan qorunmaq mümkün deyil. Bəlkə də vurduğumuz vaksinlərin bu qədər qoruyuculuğu yoxdur". /medicina.az


Etiketlər:  Rəngli maskalarda ölümcül təhlükə XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ