Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 22:21
Qrip və COVID-19-u bir-birindən fərqləndirən xüsusiyyətləri qismən bilirik. Amma bu xüsusiyyətlər daimi dəyişdiyi üçün bəzi suallar yaranır.
Sonxeber.net baku.ws-a istinadən xəbər verir ki, insaların qripə, yoxsa COVID-19-a yoluxmasını müəyyənləşdirməsi hamı tərəfindən maraqla qarşılanır.
Bu suala cavab verən həkim Aytən Ziyadova bildirib ki, hazırda yaz mövsümü olduğu üçün qripin çox yayılması müşahidə olunur:
"İnsanları çaşdıran əsas məqamlardan biri də budur. Qripəm, keçib gedəcək kimi sözlər işlədilir. Ancaq sonra məlum olur ki, hərarət qalxır və enmir.
Qrip zamanı hərarət çox da müşahidə edilmir. Həraət qalxarkən isə gün ərzində cəmi bir dəfə olur, hərarət 38 olur, sonra enir.
Ancaqlı davamlı şəkildə hərarətlə yanaşı halsızlıq, əzginlik, gcülü əzələ ağrıları, nəfəs almaqda çətinlik müşahidə olunursa, vaxt itirmədən COVID-19 üçün test vermək lazımdır. Müasir səhiyyəmizdə belə bir testlər var ki, qrip yoxsa, koronavirus olması müəyyənləşir.
İnsanlar mütləq xəstəxanaya getməli və infeksionistlə məsləhətləşməlidirlər. Ola bilər hansısa klinik əlamətlər olsun. Yalnız həkim məsləhəti ilə hansı testlərin verilməsi dəqiqləşdirilə bilər. Bəzən insanlar xəsətliyin əvvəlində ehtiyacı olmayan testi verir və yalnış yönə istiqamətlənir. Bu da koronavirisu ağırlaşdırır".