Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın bu təxribatçı addımı baş tutsa idi nələr baş verərdi? - VİDEO

Ermənistanın bu təxribatçı addımı baş tutsa idi nələr baş verərdi? - VİDEO

Tarix: 1 Aprel 2021 12:24

Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının fəaliyyətinə maneə olmaq istəyib. Bu ölkə missiyanın büdcəsinin qəbulu prosesini bloklamaq və missiyasının daha bir il müddətinə uzadılmasının qarşısını almağa çalışıb. Ancaq onun bu istəyi baş tutmayıb və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde ATƏT-in daimi şurasının missiyanın büdcəsinin və mandatının 31 mart 2022-ci ilədək uzadılmasını açıqlayıb. Bəs Ermənistanın bu təxribatçı addımı baş tutsa idi nələr baş verərdi?

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Hikmət Babaoğlu bunu şərh edib. 

Ermənistanın ATƏT-in Ukraynadaki Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklamaq və missiyasının daha bir il müddətinə uzadılmasının qarşısını almaq cəhdləri baş tutmayıb. Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, əgər rəsmi İrəvanın Ukraynaya qarşı yönəlmiş bu cəhdi baş tutsa idi, ATƏT üçün olduqca mühüm əhəmiyyətli, 100 milyon avrodan çox büdcəsi olan və 1000-dən çox əməkdaşın iştirak etdiyi missiya aprelin 1-dən fəaliyyətini dayandıra bilərdi. İrəvanın bu addımı həm ATƏT-ə qarşı, həm də Ukraynanın özünə qarşı diplomatik təxribat və terror cəhdi idi

Millət vəkili bildirir ki, Ermənistan artıq diplomatik terroru özünün xalis siyasətinin bir missiyasına çevirib. Ermənistan indiyədək dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb.

Hikmət Babaoğlu deyir ki, İrəvan başladığı heç bir siyasi kampaniyanı, demarşı sonadək çatdıra bilmir. Bundan sonra Ermənistan ciddi bir dövlət və tərəfdaş kimi fəaliyyət göstərmək istəyirsə, beynəlxalq hüquqi və beynəlxalq münasibətlərdəki nizamı nəzərə almalıdır.


Etiketlər:  Ermənistanın təxribatçı addımı baş tutsa nələr baş verərdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ