Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanlıqda artıq çəki yaşlananda yaddaş zəifliyinə səbəb ola bilər

Cavanlıqda artıq çəki yaşlananda yaddaş zəifliyinə səbəb ola bilər

Tarix: 1 Aprel 2021 23:57

20-30 yaş arasındas gənclərdə həddindən artıq çəki, yaşa dolduqdan sonra yaddaş problemləri ilə özünü göstərə bilər. Bu bağlılıq qərb alimləri tərəfindən 15 min insanın səhhəti barədə məlumatları təhlil etdikdən sonra tapılıb. Bu səbəbdən artıq çəki və yüksək qan təzyiqi yaşlılıq düvründə yaddaş pozuntusu riskini iki dəfə artırır.

Eyni zamanda qanda qlükozanın yüksək səviyyəsi riski beşqat artır. "Sağlamlıq problemlərini erkən yetkinlik dövürdə müalicə etmək və ya dəyişdirməklə həyatın sonrakı dövrlərində düşüncə problemlərinin qarşısını almaq və ya azaltmaq mümkündür", - deyə məqalənin müəllifi, San-Fransiskonun Kaliforniya Universitetindən nevroloq Kristin Yaffe qeyd edib. Təcrübənin bütün iştirakçılarının 10-30 il ərzində, sadalanan göstəriciləri qeyd etməklə hər il ildən bir idrak qabiliyyətləri ölçülüb.

Milli.Az


Etiketlər:  Cavanlıqda artıq çəki yaşlananda yaddaş zəifliyinə səbəb bilər


RƏYLƏR