Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Virgin Galactic'' yeni kosmik təyyarəsini təqdim edib

''Virgin Galactic'' yeni kosmik təyyarəsini təqdim edib

Tarix: 4 Aprel 2021 21:12

İngilis milyarderi Riçard Brensonun "Virgin Galactic" şirkəti yeni "Imagine" (SpaceShip III seriyası) kosmik təyyarəsinin təqdimatını keçirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni kosmik apparat istismar baxımından uçuş tezliklərinə görə əvvəlki modellərdən daha mükəmməldir. Şirkət əməkdaşlarının yaxın gələcəkdə "Imagine" təyyarəsinin sınaqlarına başlayacağı gözlənilir və o, bu yay Nyu Meksiko ştatının ərazisindən havaya qaldırımalıdır. "Virgin Galactic" hazırda bu seriyanın "İnspire" adlı ikinci kosmik gəmisi üzərində də işləri davam etdirir.

Xatırladaq ki, "Virgin Galactic" tərəfindən hazırlanan kosmik təyyarələri müntəzəm turizm suborbital uçuşlar üçün nəzərdə tutulub.


Etiketlər:  Virgin Galactic yeni kosmik təyyarəsini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ