Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 10:04
“Real”ın futbolçusu Qaret Beyl Çinə yollanıb.
Qol.az xəbər verir ki, uelsli yarımmüdafiəçinin hava limanında görüntüləri yayılıb. 30 yaşlı futbolçu superliqa təmsillçisi “Szyansu Sunin” klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə yollanıb. Onunla 3 illik sözləşmə imzalanacağı və ilinə 22 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, 2013-cü ildən “Real”dan çıxış edən Beyl ötən mövsüm Madrid klubunda 42 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə edib.