Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda əhalinin dollara tələbatı azalıb

Azərbaycanda əhalinin dollara tələbatı azalıb

Tarix: 7 Aprel 2021 10:56

2021-ci ilin fevralında Azərbaycanda yerli banklar tərəfindən 142,4 milyon dollar alınıb və 167,4 milyon dolların satışı təmin olunub.

Sonxeber.net bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə banklar tərəfindən dollar alışı 11,4 faiz artıb, satış isə 36,5 faiz azalıb.

Fevral ayında Azərbaycan bankları 341,6 min Böyük Britaniya funt sterlinqi alıb (88,2 faiz azalma), 684 min funt sterlinq satışını təmin edib (85,4 faiz azalma). Eyni zamanda avronun alışı 4,95 milyon (2,07 dəfə azalma), satışı 16,125 milyona (2,7 dəfə azalma) bərabər olub.

2021-ci il fevral ayında banklar 1,07 milyard rubl alıb, 163,3 milyon rubl satıb. Hesabat dövründə rubl alışı ötən ilin fevralı ilə müqayisədə 6,1 faiz az, satışı 56,8 faiz az olub.


Etiketlər:  Azərbaycanda əhalinin dollara tələbatı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ