Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 23:15
Hormonal pozğunluq nadir hallarda piylənməyə səbəb olur. Çox vaxt xəstələr öz tənbəlliklərini belə bir izahla ört-basdır edirlər.
Sonxeber.net xəbər verir ki, bu sözləri rusiyalı endokrinoloq Olqa Derevyanko "Moskva danışır" radiostansiyasına verdiyi müsahibədə söyləyib.
"Piylənmənin səbəbi hormonal sistemin pozulması ola bilər. Ancaq statistikaya görə, bu halların yalnız 3-5 faizi hormonlarla əlaqələndirilir. Bu rəqəm çox kiçik göstəricidir.
Həddindən artıq çəkinin başlıca səbəbi çox yemək istəyi ilə bağlıdır: müasir insanlar tez hazırlanan qidalara üstünlük verirlər və özləri də hərəkət baxımından çox məhduddurlar. Bir çox insan liftdən istifadə etməyə meyllidir. Artıq çəkinin əsas səbəbi həyat tərzidir", - endokrinoloq izah edib. (publika.az)