Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda sidik yollarının infeksiyaları

Uşaqlarda sidik yollarının infeksiyaları

Tarix: 8 Aprel 2021 07:06

Sidik yollarının infeksiya xəstəlikləri uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən hesab olunur. Xəstəlik özünü laborator və kliniki əlamətlərlə göstərir. Sidik yollarınin infeksiyaları həm böyrəklərdə iltihabi xəstəliklər zamanı, həm də sidik yollarınaina ifeksiya düşdükdə baş verir.
Adətən böyrəklərdə pielohefrit xəstəliyi zamanı sidik yollarında infeksiyalaşma baş verir. Əksər hallarda sidik yollarının unfeksiya xəstəlikləri ən çox sidik axarlarına infeksiya düşdükdə baş verir. Bu zaman xəstəlik özünü sistit və uretrit əlamətləri ilə göstərir. Xəstəlik zamanı aşağıdakı əlamətlər meydana çıxır:
- tez-tez sidiyə getmə
- sidiyə çıxan zaman göynəmə hissi
- çətinliklə sidiyə çıxma
- az-az sidiyə çıxmaq
- sidikdə leykositlərin çox olması
- bulanıq və ya qanlı sidik ifrazı.
Uşaqlarda uretranın qısa olması, əsasən də qız uşaqlarında sidik axarının anus dəliyinə yaxın olması sidik axarına infeksiyaların asanlıqla düşməsinə şərait yaradır.
Xəsəliyin törədiciləri infeksiya əmələ gətinən bakteriyalar və mikroblardır. Xəstəlik immuniteti az olan və infeksiya ilə kontakta girən uşaqlarda daha tez meydana gəlir. Sidik yollarına düşən bakteriya orqanizmin zəif olmasından istifadə edərək sürətlə artıb çoxalır və yuxarıda sadalanan əlamətlərlə özünü biruzə verir. Bəs infeksiya uşağın sidik yoluna necə düşür?
İnfeksiya uşağın sidik yoluna sudan, gigiyenik qaydalarla yuyulmamış alt paltarından, uşağın nəcis ifrazından sonra düzgün yuyulmamasından, tualet kağızından istifadə edərkən diqqətsiz davranmaqdan düşə bilər.
Xəstəliyə diaqnoz qoyulan zaman sidiyin ümumi analizi əsas götürülür. Analizin nəticələrinə baxdıqda sidikdə leykositlərin, bakteriyaların, qrammüsbət mikrobların, göbələyin çoxlu miqdar olması xəstəliyin diaqnozunu təsdiqləyir.
Xəstəliyim müalicəsində antibiotiklərdən, vitaminlərdən və göbələk leyhinə dərmanlardan istifadə edilir. Xəstənin ümumi müqavimətinin artırılması istiqamətində müalicə üsulları və bitki çayları tətbiq edilir.


Etiketlər:  Uşaqlarda sidik yollarının infeksiyaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ