Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 23:02
Erməni təslimçiləri Azərbaycan ərazisindəki "ordu" imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.
Sonxeber.net caliber.az-a istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.