Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açıq havada maska taxmamaqla bağlı vacib açıqlama

Açıq havada maska taxmamaqla bağlı vacib açıqlama

Tarix: 9 Aprel 2021 15:04

Son günlər bir sıra vətəndaşlar açıq havada maska taxmaq qərarının ləğvi üçün sosial şəbəkələrdə aksiyaya başlayıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, #nəfəsalaq həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar parklarda, küçələrdə, yürüşlərdə tibbi maskadan istifadənin məcburi olması haqda qadağanın ləğv edilməsini istəyirlər.

Sosial şəbəkədə başladılan aksiyanın genişmiqyaslı olmasını nəzərə alaraq yay fəslində maska qadağasının ləğv edilmə ehtimalı böyük maraqla gözlənilir. Mövcud məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudova müraciət etdik.

Deputat bildirib ki, son günlərdə çox böyük müzakirə mövzusu olan açıq hava və parklarda gəzərkən kütləvilik olmadığı yerlərdə, eləcə də məsafənin qorunması ilə birlikdə maskanın istifadəsi ilə bağlı məsələ yaxın gələcəkdə adiyyəti qurumlar, eləcə də qanunvericlik bazasında müzakirə olunacaq:

"Yay aylarında, xüsusən indi başlamış olan dalğanın sönməsindən və epidemioloji vəziyyət də imkan verdikdən sonra gələcəkdə bu və digər karantin rejimlərində yeni-yeni yumşalmalara nail olacağıq.

Əlbəttə dünyada epidemioloji vəziyyətlə birgə Avropa ölkələri başda olmaqla hər yerdə mövcud olan karantin rejimləri insanların psixologiyasında və onların azadlıqlarında ciddi bir şəkildə problemlər yaradıb. Ümid edək ki, yaxın gələcəkdə bu problemlərdən xilas olacağıq.

Fikrimcə, hər bir şeyin başlanğıcı olduğu kimi sonu da olur. Bu pandemiyanın da sonu gələcək. Amma sona gedən yolda cəmiyyət və insanlığın bilməsi vacib olan bir şey var ki, bu düşmənlə mübarizədə mütləq şəkildə həmrəyliyə və qarşılıqlı anlayışa daha çox ehtiyacımız var. Əminəm ki, hər zaman deyildiyi kimi biz birlidkə güclüyük və birlikdə bu xəstəliyin öhdəsindən gələcəyik".


Etiketlər:  Açıq havada maska taxmamaqla bağlı vacib açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ