Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 18:10
İran sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlayır. Sabahdan etibarən İranda həyati və zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İranda Koronavirusa Qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi açıqlama verib.
O bildirib ki, koronavirusun dördüncü dalğasının daha geniş yayılmasının qarşısını almaq üçün sabahdan ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanacaq.
Əlavə edilib ki, bu rejim 10 gün davam edəcək.