Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Göl'' restoranı bağlandı

''Göl'' restoranı bağlandı

Tarix: 10 Aprel 2021 13:14

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Valeh Məhəmməd oğluna məxsus "Göl" restoranında yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.


Etiketlər:  Göl restoranı bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ