Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev Türk Şurasının Baş katibi ilə görüşdü

Hikmət Hacıyev Türk Şurasının Baş katibi ilə görüşdü

Tarix: 10 Aprel 2021 15:27

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan təşkilatın Baş katibi Bağdad Amreyevlə görüşüb.

Sonxeber.net xəbər verir ki, görüşdə Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin, üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün görülən işlər və gələcək addımlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Yekun Bəyannaməsində media və informasiya siyasəti sahəsində əməkdaşlığın əhəmiyyətinin vurğulandığı qeyd olunaraq bu tapşırıqdan irəli gələrək təşkil olunan bugünkü toplantının üzv ölkələr arasında sözügedən sahədə əməkdaşlığın gücləndirilməsinə və onun praktiki həyata keçirilməsinə töhfə verəcəyi bildirilib. Görüşdə bu xüsusda perspektiv istiqamətlərə dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Hikmət Hacıyev Türk Şurasının Baş katibi ilə görüşdü


RƏYLƏR