Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb

İctimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb

Tarix: 11 Aprel 2021 13:44

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəhər sakini Elman Məmmədov COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.Məmmədov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  İctimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb


RƏYLƏR