Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin qarşısını alır, qan təzyiqini normallaşdırır

Xərçəngin qarşısını alır, qan təzyiqini normallaşdırır

Tarix: 11 Aprel 2021 17:33

Yalnız şəkər istehsalı üçün istifadə olunduğu zənn edilən şəkər çuğunduru sağlamlıq üçün də olduqca faydalıdır. Tərkbinidə A, C vitaminləri, o cümlədən bir çox minerallar, kalsium, sink, dəmir, sodyum, maqnezium, kalium kimi komponentlərdən ibarətdir.

Sonxeber.net Axşam.az-a istinadən, şəkər çuğundurunun faydalarını təqdim edir:

1.Həzm sistemini yaxşılaşdırır

Şəkər çuğundurunun əsas faydalarından biri mədədəki həzm sisteminə müsbət təsir edir. Tərkibində xeyli miqdarda lif olduğu üçün həzmə müsbət təsir edir.

2.Anemiyanın müalicəsində istifadə olunur
Çuğundurun çoxsaylı faydalı maddələrindən ən əsası fosfor, maqnezium, kalium, kalsium, yod, mis, B1, B2, B6 və P vitaminləri tərkibli olmasıdır. Bu səbələ də şəkər çuğunduru anemiya xəstələrinin müalicəsində istifadə edilir.

3.Sinir sistemini sakitləşdirir
Şəkər çuğunduru sinir hüceyrələrini müsbət təsir göstərir. Onun suyunu içmək xərçəngin mənfi təsirlərindən qoruyur. Tərkibindəki B vitamini sayəsində stressi azaldır və sinir sistemini sakitləşdirir.

4.Xərçəngin qarşısını alır
Şəkər çuğunduru detoks xüsusiyyəti ilə xərçəng hüceyrələrinin inkişafına mane olur. Tərkibindəki betanin maddəsi xərçəng hüceyrələrinin çoxalmasının əhəmiyyətli dərəcədə qarşısını alır.

5.Qan təzyiqini normallaşdırır
Şəkər çuğunduru qan təzyiqini salma xüsusiyyətinə malikdir. Buna görə də, təzyiq xəstələri üçün də  məsləhət görülür.


Etiketlər:  Xərçəngin qarşısını alır təzyiqini normallaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ