Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 14:04
Fransa millisinin sabiq üzvü Patris Evra karyerasını başa vurub.
Qol.az xəbər verir ki, bunu 38 yaşlı müdafiəçi İtaliya mətbuatına özü açıqlayıb. O, məşqçi kimi çalışmaq istədiyini deyib:
"Futbolçu karyeram rəsmən başa çatdı. 2013-cü ildə UEFA-nın B kateqoriyalı kursunda iştirak etmişəm. Təhsilimi bitirmək və A lisenziyasını almaq istəyirəm. Hər şey plan üzrə getsə, il yarımdan sonra istənilən klubu çalışdırmağa hazır olacam".
Qeyd edək ki, Evra karyerası ərzində "Marsala", "Monza", "Nitsa", "Monako", "Mançester Yunayted", "Yuventus", "Marsel" və "Vest Hem"də çıxış edib.