Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 14:28
Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova "Space" TV-də veriliş aparacaq.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, N.Allahyarova bununla bağlı sosial şəbəkələrdə status yazıb:
"Əziz dostlar, dəyərli həmkarlar! Bu gün saat 21:30-da mənim təqdimatımda "Prezident vaxtı" verlişinin ilk buraxılışı efirə gedəcək. Ölkə başçısının həftə ərzində keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamların təqdimatı siz də qəbul edərsiniz ki, böyük məsuliyyətdir. Bu məsuliyyətin verdiyi qüruru sizinlə bölüşmək istədim. Hər həftə qismət olsa #Space kanalında görüşəcəyik. Verlişin formatı həm də televiziya məkanımızda bir ilk olacaq".