Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ “Bavariya”ya, “Çelsi” “Portu”ya qarşı - Çempionlar Liqası

PSJ “Bavariya”ya, “Çelsi” “Portu”ya qarşı - Çempionlar Liqası

Tarix: 13 Aprel 2021 11:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki görüş baş tutacaq.
 
Almaniya çempionu "Bavariya"nı səfərdə 3:2 hesabıyla məğlub edən PSJ, Fransada baş tutacaq cavab matçında üstünlüyünü qorumağa çalışacaq.
 
Günün digər matçı "Çelsi" ilə "Portu" arasında baş tutacaq. London təmsilçisi səfərdə inamlı qələbə qazandığına görə, növbəti mərhələyə daha yaxın görünür.
 
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel
 
23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)
Paris. "Park de Prens"  stadionu. Baş hakim - Daniele Orsato İtaliya)
(ilk oyun 3:2)

23:00 "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya)
Sevilya. "Ramon Sanmes Pisxuan" stadionu. Baş hakim - Kleman Tyurpen (Fransa)
(ilk oyun 2:0)

Milli.Az


Etiketlər:  PSJ Bavariyaya Çelsi Portuya qarşı Çempionlar Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ