Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın yeni prezidenti seçilib

Tarix: 13 Aprel 2021 12:38

Florentino Peres İspaniyanın "Real" klubunun prezidenti seçilib.

Milli. Az apasport.az-a istinadən xəbər verir ki, funksioner prezident seçkilərində iştirak üçün yeganə namizəd olduğundan avtomatik olaraq yenidən bu posta sahib çıxıb.

Digər namizəd olmadığından seçkilərin keçirilməsinə ehtiyac duyulmayıb. O, 2021-2025-ci illərdə də kluba rəhbərlik edəcək.

Qeyd edək ki, son 12 ildə "Real"ın prezidenti olan Peres 2000-06-cı illərdə də bu postu tutub.

Milli.Az


Etiketlər:  Realın yeni prezidenti seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ