Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyxanaçılar arasında qalmaqal - Bir-birini təhqir etdilər

Meyxanaçılar arasında qalmaqal - Bir-birini təhqir etdilər

Tarix: 14 Aprel 2021 11:10

Meyxanaçı Vüqar Əbdülov həmkarı Pərviz Bülbüləni sərt tənqid edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, "Səhər-Səhər" proqramında Pərvizin ciddi meyxana ilə məşğul olmadığını, onu iştirak etdiyi məclislərdə görmədiyini bildirib:

"Meyxana ciddi bir sənətdir. Amma bəziləri janr olaraq şit təqdim etdilər. Bir nəfəri ortaya salıb başında fırlanırlar. Buradan Pərvizə səslənirəm. Ayıb olsun! Meyxanada belə şeylər etmək lazım deyil.  Meyxananı yüksək arenaya çıxarmaq əvəzinə uşaqlara vermişik ki, xırdala! Ustadlara qulaq asmaq lazımdır!

Bir neçə dəfə Pərvizə demişəm. Tək o deyil. Ona qoşulan bir-iki nəfər də var. Onlar başqa cür deyirlər. Söyləyirlər ki, bu, mənim layihəmdir, yutub səhifəmə qoyuram. Guya meydançası ayrıdır. O meydançada olanı da biz yaxın buraxmırıq. Neçə dəfə görmüşəm ki, axşamlar bir tədbirə dəvət edəndə deyirlər ki, Pərvizi çağırmayın. Məclisə gələndə quyruq bulayır, meydanda oynaya bilmir. Janrını, səmtini dəyişib. Biz oynayanı oynaya bilmir".


Etiketlər:  Meyxanaçılar arasında qalmaqal birini təhqir etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ