Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 10:35
Tanınmış amerikalı aktyor Conni Deppi məişət zorakılığında ittiham edən keçmiş həyat yoldaşı, aktrisa Ember Hördün yalanı üzə çıxıb.
Mili.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisanın şikayətindən sonra cütlüyün Los-Ancelesdəki evinə gedən polis əməkdaşları mənzildə və Hördün üzərində hər hansı bir zorakılıq əlaməti olmadığını bildiriblər.
Polislərin döş nişanlarındakı kameraların görüntüləri də onların dediklərini təsdiq edib.
Qeyd edək ki, ötən il Ember Hörd "The Sun" nəşrinə Conni Depplə birgə ailə həyatı zamanı 14 məişət zorakılığı hadisəsinin yaşandığını bildirib. Aktyor tabloidi məhkəməyə versə də, uduzub. Məhkəmə aktrisanın ifadələrinə inanıb. İndi isə onların yalan olduğu və Deppin şərləndiyi üzə çıxıb.