Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya 60 min ermənini geri qaytarır

Rusiya 60 min ermənini geri qaytarır

Tarix: 19 Aprel 2021 13:30

Rusiyaya iş dalınca gedən ermənilər kütləvi şəkildə geri qaytarılacaq.

Mövzu ilə bağlı araşdırma aparan erməni KİV-ləri qanunsuz miqrantların ölkəyə geri qaytarılmasının onsuz da bataqlıqda çabalayan Ermənistan iqtisadiyyatı üçün böyük çətinliklər yaradacağını yazıblar.

Milli.Az azvizion.az-a istinadən xəbər verir ki, politoloq Stepan Danielyan yaxın aylarda Rusiyadan təxminən 60 min Ermənistan vətəndaşının qayıdacağını bildirib: "Bu proseslər ölkəmizdən mühacirət etməyi düşünənlərin planlarını dağıdır. Yəni onların gələcək perspektivləri olmayacaq. Seçkilər ərəfəsində inqilabi əhval-ruhiyə qalır.

Yaxın gələcəkdə inqilab ab-havasında olan izdihama, alternativ yollarla siyasi dəyişikliyə nail olmağa hazır olanlara təxminən 40 min "gəlmə" insanı əlavə etsək, sosial partlayışların qaçılmaz olduğunu düşünərik".

Milli.Az


Etiketlər:  Rusiya 60 min ermənini geri qaytarır


RƏYLƏR