Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 21:12
Səudiyyə Ərəbistanında anomal iqlim şərtlərinin fəsadları özünü göstərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, krallığın bəzi bölgələrində intensiv leysan və dolu yağışlarından sonra ölkənin şimal-qərbində yerləşən Asir bölgəsinin Həil şəhərində qar yağıb.
Səudiyyə Ərəbistanının sosial media səhifələrində Həil şəhərinin ətrafındakı Hərrat Bəni Rəşid səhrasının və təpələrin bəyaz qar örtüyünə bürünməsi görüntüləri yayılıb. Krallığın Əbha, Xəmis Müşayit, Tanuma və əl-Namas bölgələrində də qar yağıb.
Dolu və qar yağışından sonra havanın temperaturunun kəskin artması da müşahidə edilib.