Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bamiyənin faydaları haqqında

Bamiyənin faydaları haqqında

Tarix: 20 Aprel 2021 23:51

Bamiyə (lat. Abelmoschus esculentus, əvvəlki adı lat. Hibiscus esculentus) - əməköməcikimilər fəsiləsinə aid ekzotik və birillik bitki növüdür.

Bu bitkinin kimyəvi tırkibinə görə bir çox faydalı xüsusiyyətləri var. Bamiyə canlandırıcı və cavanlaşdırıcı qida olduğu üçün istifadə etmək məsləhət edilir. Tərkibində fol turşusu yer tutduğu üçün hamilə və südverən qadınların qida rasionuna əlavə olunması tövsiyə olunur.

Bamiyənin xassələri

Bu yaxınlarda beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəliblər ki, bamya diabet müalicəsində də çox faydalıdır. Aşkar edilmişdir ki, bu bitkini müntəzəm olaraq qidalarda istifadə etmək təhlükəli xəstəliyin inkişafı üçün məsul genlərin fəaliyyətini dəyişə bilər. Araşdırmalar göstərir ki, gələcəkdə bamya bitkisi şəkərli diabet üçün hazırlanan dərman preparatlarının əsas tərkibi kimi istifadə ediləcək. Hələki, bamyadan hazırlanan xüsusi dərman preparatları yoxdur, lakin onu su ilə qarışdırmaq və heç bir dərman preparatı, insulin istifadə etmədən qanda şəkərin səviyyəsi azaltmaq mümkündür. İş burasındadır ki, yüksək lif tərkibinə görə bamiyə bağırsaqda şəkərin sovrulmasını yavaşladır.

Bamiyə tərkibli suyu necə hazırlamalı?

Bunun üçün bamya bütün gecə ərzində suda qalmalı, növbəti səhər isə həmin su içilməlidir. Bamiyə xərçəng inkişafı riskini əsasən də yoğun bağırsaq xərçəngininin inkişafını azalda bilir. Bamiyə tərkibli suyun qəbulu depressiyanı yüngülləşdirir. Bu bitki iltihab azaltma tərkibli olduğu üçün bəzi ağciyər xəstəliklərinin, boğaz ağrılarının, mədə xoralarının müalicəsində müsbət təsirini göstərə bilər.

Beləliklə bu kəşf sayəsində bir çox insanlar insulin asılılığından azad olacaq və diabeti keçirmək daha asan olacaq.

Bu inanılmaz məlumatı siz də dostlarınızla paylaşın!


Etiketlər:  Bamiyənin faydaları haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ