Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 17:08
Leonardo DiKaprio, Feniks Xoakin, Rodjer Uoters, Ceyn Fonda və digər onlarla dünya şöhrətli şəxs ABŞ Prezidenti Co Baydenə müraciət edib.
Mili.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar dövlət başçısına ətraf mühit haqqında müqavilələrin imzalanmasını və Braziliya Prezidenti Jair Bolsonaruya vəsait ayrılmasını təxirə salmağı təklif edən açıq bir məktub ünvanlayıblar.
Bildirilib ki, Braziliya hökuməti Amazon meşələrini məhv edir və ekoloji cəhətdən təmiz ərazinin yalnız 3 %-i yer üzündə qalıb:
"ABŞ və Braziliyadan olan sənətkarlar, musiqiçilər olaraq Braziliya Prezidenti Jair Bolsonaru ilə mümkün ətraf mühit sazişlərindən dərin narahatlıqlarını ifadə edirik və dünyanın hər yerində yaşayan yerli xalqlara və vətəndaş cəmiyyəti təşkilatlarına dəstək və həmrəylik bildirmək üçün sizə müraciət edirik. Müraciətimizə qulaq asmağa və Braziliya ilə bu anda heç bir müqavilə bağlamamağa çağırırıq".
Qeyd edək ki, ABŞ Prezidentinə ünvanlanan məktub Bayden və Bolsonaru da daxil olmaqla təxminən 40 liderin qatılacağı iqlim zirvəsinin başlamasından iki gün əvvəl yayımlanıb.