Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canavar sürüsü kəndə hücum etdi

Canavar sürüsü kəndə hücum etdi

Tarix: 22 Aprel 2021 08:48

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Bayan kəndində baş verib.

Kəndə hücum edən cavanarkar kənd sakini Vidadi Umarovun yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Yırtıcılar 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib. Heyvanlardan 16-sı tələf olub.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Canavar sürüsü kəndə hücum etdi


RƏYLƏR