Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" kimi güclü komanda ilə oynamaq adama zövq verir” - Qari Rocers

Tarix: 30 Iyul 2019 13:12

“Evdə 1:1 bizim üçün yaxşı nəticədir. Amma səfərdəki oyunda mütləq qol vurmalıyıq. Bu, müdafiə olunmaqdan yaxşıdır”.

Qol.az-ın xəbərinə görə, bu sözləri İrlandiyanın “Dundalk” klubunun qapıçısı Qari Rocers “The Sun İrish” nəşrinə müsahibəsində söyləyib.

“Qarabağ”la sabah Bakıda keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu barədə fikirlərini açıqlayan 37 yaşlı futbolçu bildirib ki, avrokuboklarda səfər oyunları həyəcanverici olur: “Ancaq "Qarabağ"la görüş daha fərqli olacaq. Hamı kimi mən də "Oriel Park"dakından daha yaxşı çıxış etməliyəm. Avropa futbolunu hamı sevir. Burdakı çıxış İrlandiya çempionatındakı futbolçular üçün əla təcrübədir. Bu mənada güclü rəqibə qarşı çıxış etmək əladır. "Qarabağ" kimi güclü komanda ilə oynamaq adama zövq verir. Xüsusən də, Avropaya burdan yol açan gənclərə görə məmnunam".

O, həmçinin Bakıya 7 saata yaxın uzun yolçuluğun komandasına mənfi təsir edəcəyini düşünmədiyini söyləyib. Rocers Bakıya uyğunlaşmaqda problem olmadığını da deyib.

 


Etiketlər:  Qarabağ kimi güclü komanda ilə oynamaq adama zövq verir Qari Rocers


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ