Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 16:34
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində aparılan yenidənqurma işləri zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Sonxeber.net-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, aprelin 22-də DYNX Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən yaşayış binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.
Tədbirdə müvafiq yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri təhlükəsizlik tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, müəssisə əməkdaşlarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.