Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 14:15
Müğənni Aynur Dadaşova "Zaurla Günaydın" verlişində qonaq olub. Aparıcı Zaur Baxşəliyev ona sənət fəaliyyətini dayandırıb sonra yenidən qayıtmağın bir sənətçiyə ziyanı olduğunu söyləyib.
Sonxeber.net sherg.az-a istinadən xəbər verir ki, A.Dadaşova uzun illərdən sonra səhnəyə döndüyü zaman dinləyicilərin onu hələ də sevdiyini xüsusi vurğulayıb:
"Əsas tamaşaçıların sevgisidir, onu qazanmaqdır. Mən qayıdanda gördüm ki, onlar hələ də məni sevirlər. Ona görə dinləyicilərimə minnətdaram. Lakin bu fasilə də lazım idi".
Z.Baxşəliyev isə Aynur xanıma "Sən onların gözünün önündə böyümüşdün. Həm də Zeynəb Xanlarovanın repertuarına müraciət edəndə daha da sevildin. Az yaşından səhnədə olduğun üçün səni balaları kimi də görürdülər. Belə olduğu halda xalq sənətçinin səhvini bağışlayır. Bir yanlış sözünü və sair nöqsanını əfv edir. Təki daha böyük, bağışlanmaz yanlışların olmasın".