Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu il üzrə özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanıb (FOTO)

2019-cu il üzrə özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanıb (FOTO)

Tarix: 30 Iyul 2019 15:45

Bakı. Trend:

2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.

Vətəndaşlara verilən mal-qaranın sağlamlığına dair baytar arayışı təqdim edilir. Heyvanlar təqdim olunarkən aktlar tərtib olunur, iştirakçılar verilən mal-qaradan razılıqlarını aktı imzalamaqla təsdiq edirlər. Eyni zamanda, aktivlərin verilməsi prosesinə dair (iştirakçıların öz razılığı ilə) video və foto materiallar da çəkilir.
Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və il boyu davam etdiriləcək.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin 10 minə çatdırılması gözlənilir. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  2019 üzrə özünüməşğulluq proqramı iştirakçılarına materialların verilməsinə başlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ