Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 17:36
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri zərərsizləşdirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.
Terror təşkilatına 1999-cu ildən Yunanıstandan qatıldığı bildirilən Dalokay Şanlının Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.