Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 17:54
Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifetlər paylanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.