Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 16:30
Bakı. Trend:
Türkiyənin cənub-şərqindəki Adıyaman vilayətində polis 3 min diri qurbağa müsadirə edib.
Trend-in məlumatına görə, polis yolda şübhəli avtomobili saxlayıb.
Axtarış zamanı qurbağaların olduğu kisələr aşkar edilib. Məlum olub ki, həmin şəxslər qurbağaları hotellərə satmağa hazırlaşırmış.
Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, onlar 600 lirə məbləğində cərimələnib. Müsadirə olunan qurbağaların təbiətə buraxılacağı deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin