Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Instagram”da yeni funksiya əlçatan olacaq

“Instagram”da yeni funksiya əlçatan olacaq

Tarix: 24 Aprel 2021 21:56

"Instagram"da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksiya əlçatan olacaq. Yeni funksiya istəkdən asılı olaraq aktivləşdirilə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiyanın alqoritmi istifadəçilərə təhqiramiz sözlər və ifadələrdən ibarət mesaj sorğularını avtomatik gizlətməyə imkan verir. "Bu alət şəxsi mesajlara sorğular üçün nəzərdə tutulub, çünki məhz bu bölmədə istifadəçilər adətən təhqiramiz mesajlar alırlar" - "Instagram"ın nümayəndələri qeyd ediblər.

Məlumata görə, filtrasiya istifadəçi postlarının altında yazılan şərhlərin filtrinə uyğun şəkildə işləyəcək. Məhdudiyyətlər məxfilik sazlamalarındakı yeni xüsusi bölmə vasitəsilə həm aktiv, həm də deaktiv edilə biləcək. Şirkət bu funksiyanın artıq bir neçə ölkədə tətbiqinə başlanıldığını bildirib və yaxın aylarda sözügedən funskiya digər ölkələr üçün də əlçatan olacaq.

Milli.Az


Etiketlər:  Instagramda yeni funksiya əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ