Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu: Türkiyənin NATO ilə heç bir problemi yoxdur

Çavuşoğlu: Türkiyənin NATO ilə heç bir problemi yoxdur

Tarix: 30 Iyul 2019 16:44

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin NATO ilə heç bir problemi yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaraya satdığı və tədarükü həyata keçirilən S-400 zenit-raket kompleksləri ilə bağlı məsələni şərh edərkən deyib.

Nazirin sözlərinə görə, S-400 alınması NATO üçün heç bir təhlükə yaratmır və bunu orada hamı bilir.

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun mühüm üzvüdür və terrorizmlə mübarizədə böyük rol oynayır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çavuşoğlu Türkiyənin NATO ilə heç problemi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ